Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının onlayn formatda toplantısı keçirilib. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlərlə bağlı məlumatlandırıb.
Toplantıda cari il ərzində aqrar sektorda baş verən yeniliklərə toxunulub. Bildirilib ki, fermerlərin aqrar sığorta, “Vahid sahədə vahid əkin” layihəsinə maraq göstərməsi onların üzləşdikləri çətinliklərin həllinə və daha çox gəlir əldə etməsinə səbəb olacaq.
Şura üzvləri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, intensiv bağçılıq və heyvandarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Məhsuldarlığın yüksək olması üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrə, dərman və pestisidlərdən düzgün istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb.
Toplantıda bölgələrdə yaşayan fermerlər arasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına məsləhət-informasiya xidmətlərinin təkmilləşdirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinin nəzdində Aqrar Təlim Mərkəzi yaradılıb. Aqrar Təlim Mərkəzinin 8 regional bölməsi fəaliyyət göstərəcək. Regional bölmələrin mütəxəssisləri Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə aqrotexniki qulluq işləri ilə bağlı fermerlərə öz tövsiyyələrini verəcəklər.
Eyni zamanda, tədbirdə mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026