Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində kollegiya iclası keçirilib.
Kollegiyanın sədri, kənd təsərrüfatı naziri İnam Kərimov iclasda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətlərində həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar, 2022-ci təsərrüfat ilinin yekunları, aqrar sığorta sisteminin tətbiqinin genişlənməsi, subsidiya mexanizminin təkmilləşdirilməsi, bitkiçilik və heyvandarlığın inkişafı istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Kollegiya iclasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova kənd təsərrüfatı fəaliyyətinin təşkilinə dair əsasnamə və qaydalarda edilmiş dəyişikliklər, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təkmilləşdirilməsi, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov muxtar respublikada aqrar sahədə mövcud vəziyyət, nazirliyin müvafiq şöbə və tabeli qurumlarının rəhbərləri yeni təsərrüfat ilinə hazırlıq istiqamətində görülən işlər barədə məruzə ediblər.
Yekunda kollegiya üzvlərinə qarşıda duran vəzifələrin və yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.
Azərbaycan Aqroturizm Assosiasiyası yaradılıb
02 Iyun 2023
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir
02 Iyun 2023
“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşləri uğurla yekunlaşdırıb
01 Iyun 2023
Aqrar Sığorta Fondu: Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək
01 Iyun 2023
3-4 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək
01 Iyun 2023