Kənd Təsərrüfatı Nazirliyinin gənc alim və tədqiqatçıları üçün “Beynəlxalq elmi jurnallarda məqalənin yazılması və nəşr olunma qaydaları” mövzusunda seminar keçirilib.
Seminarı Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və Təlim şöbəsinin dəvəti ilə “Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının rəsmi eksperti, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, sosial elmlər üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova aparıb.
Seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva bildirib ki, seminar elmi tədqiqatçıların elmi potensialının gücləndirmək, gənc alimlərin yerli və beynəlxalq jurnallarda daha çox məqalələrinin nəşr edilməsinə nail olmaq məqsədilə təşkil olunub. Nazirlik rəsmisi xarici jurnallarda azərbaycanlı mütəxəssislərin tədqiqatlarının nəşr olunmasını beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiya istiqamətində mühüm addım adlandırıb.
Ekspert Xəyalə Məmmədova Azərbaycan alimlərinin əsərlərinin mütəmadi olaraq dünyanın nüfuzlu jurnallarında dərc edilməsi üçün maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu qeyd edib. Daha sonra Xəyalə Məmmədova beynəlxalq tələblərə cavab verən elmi məqalələrin strukturunun formalaşdırılması, elmi məqalələrin jurnallarda çap olunması, elmi jurnalların araşdırılması və seçilmə qaydaları ilə bağlı təqdimatla çıxış edib. Məruzəçi elmi məqalələrin beynəlxalq jurnallara təqdim edilmə qaydaları, məqalələrin çap olunması üçün müəyyən bacarıqların inkişaf etdirilməsi, redaktor və rəyçilərin suallarının cavablandırılması mövzuları ilə bağlı ətraflı məlumat verib.
Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026