Macarıstanın paytaxtı Budapeştdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Orta Asiya regionu üçün qeyri-formal məsləhətləşməsi ilə əlaqədar konfrans keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov və Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə konfransda iştirak ediblər.
Panel müzakirələr zamanı Firdovsi Fikrətzadə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi üzrə Davamlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində Azərbaycan hökümətinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirib ki, DİM-in müvafiq sahələr üzrə Azərbaycan üçün aktual olan hədəflərinin reallaşdırılması üçün zəruri institusional mexanizmlər yaradılıb və bu hədəflər hazırda icra edilən dövlət proqramları və strategiya sənədləri çərçivəsində kifayət qədər əhatə olunub: “2016-cı ildə təsdiqlənmiş “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”nin və bu yaxınlarda təsdiq edilmiş “Qida təhlükəsizliyi sisteminin inkişafına dair Dövlət Proqramı”nın geniş əhatəli tədbirləri həm də DİM-in müvafiq hədəflərini özündə əks etdirir. Hər bir tədbirin icrasına məsul olan dövlət qurumları hökumətə mütəmadi hesabat təqdim edirlər. Bununla da Azərbaycan hökuməti tərəfindən DİM-in hədəflərinin icrası ilə bağlı institutlaşmış hesabatlılıq sistemi qurulub”.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru əlavə edib ki, DİM-in müvafiq hədəflərinin icrasına digər maraqlı tərəflərin də cəlb edilməsinin institusional mexanizmi kimi Kənd Təsərrüfatı Nazirliyi və rayonlardakı hər bir Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM-in) yanında Fermer Şuraları yaradılıb. Qeyd olunub ki, bu Şuralar fermerlər və fermer təşkilatları ilə dövlət qurumu arasında çevik müzakirə platforması kimi çıxış edir. Bu isə DİM-in icrasında bütün maraqlı tərəflərin iştirakçılığının təmin edilməsi çağırışının reallaşdırılması baxaımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında Davamlı İnkişaf Məqsədlərinin icrası üzrə qurulmuş effektiv institusional çərçivə və fermerlər qrupunun fəal iştirakının təmin edilməsi konfransın panel müzakirələrində iştirakçılar tərəfindən təqdir edilib.
“Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib
30 May 2023
Nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri ilə görüşüb
24 May 2023
Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir – Fermerlərə məsləhət
24 May 2023
Xarici mütəxəssislərin iştirakı ilə toxumluq sahələrin monitorinqi keçirilib
23 May 2023
Azərbaycanda buğda bitkisində pas xəstəliklərinə qarşı mübarizə mövzusunda konfrans keçirilib
19 May 2023