Aqrar Kredit və İnkişaf Agentliyinin Dünya Bankı və Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə birgə həyata keçirilən layihəsi çərçivəsində beynəlxalq ekspert Arne Hede ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində Arne Hede Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, eləcə də Əkinçilik Elmi-Tədqqiat İnstitutunun direktoru Cavanşir Təlai ilə görüşüb. Görüşlərdə institutun Qobustan, Şəki, Tərtər təcrübə stansiyalarında sahə baxışının nəticələri və elmi əməkdaşlıqla bağlı söhbət aparılıb.
Daha sonra isə üç günlük təlimə start verilib. C.Təlai bildirib ki, ilk dəfə olaraq 2003-cü ildə Arne Hede akademik Cəlal Əliyev tərəfindən peşəkar seleksiyaçı kimi dəvət olunub. Üç gün ərzində keçiriləcək təlimlərdə Arne Hede ənənəvi seleksiya əsasında qurulmalı olan müasir seleksiya, müasir yanaşma metodları, müasir tələblərə cavab verəcək tədqiqat işlərinin istiqaməti, beynəlxalq təcrübələr haqqında fikirlərini bölüşəcək.
Beynəlxalq ekspert Arne Hede “Müasir bitki seleksiyası iqlim dəyişkənliyi kontekstində” mövzusunda təqdimatla cıxış edib. Təqdimatda bitki seleksiyasının əhəmiyyəti, məhsuldarlığın artırılması yolları, bitki seleksiyasının iqlim dəyişikliyinə uyğunlaşdırılması, Azərbaycanda iqlim dəyişikliyi və kənd təsərrüfatı, XXI əsrdə iqlim dəyişkənliyi proqnozları üzrə geniş məlumatlar verib. Bitki seleksiyasının iqlim dəyişkənliyinin nəticələrinin yüngülləşdirilməsində və adaptasiya olunmasında mühüm əhəmiyyət kəsb edəcəyi diqqətə çatdırılıb.
Təlim müddətində fərqli fikirlər üzrə diskussiyalar aparılıb, iştirakçıların sualları cavablandırılıb. Təlimdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları iştirak edirlər.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026