Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 19-21 fevral tarixlərində Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək.
Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.
Qeyd edək ki, yarmarka karantin rejiminin tələblərinə tamamilə əməl olunmaqla keçiriləcək. Yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edəcəklər. Onlar ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya tədbirləri aparılacaq, yarmarkaya daxil olan vətəndaşların temperaturları ölçüləcək və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzərət olunacaq.
“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Dənli bitki toxumlarının emalı zavodları mövsümə hazır vəziyyətə gətirilib
07 Iyun 2023
Taxıl biçini-2023: Düzgün dislokasiya və növbəlilik prinsipləri biçin prosesini sürətləndirir
07 Iyun 2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib
06 Iyun 2023
İdxal-ixrac olunan məhsullarda, istehsal və saxlanma yerlərində fumiqasiya tədbirləri davam etdirilir
06 Iyun 2023
Respublikada taxıl biçininə hazırlıq işləri tam başa çatıb
05 Iyun 2023