Kənd Təsərrüfatı Nazirliyi kiçik pambıq təsərrüfatları üçün nəzərdən tutulan yeni kombaynların sınaq mərhələsinə start verib. Bu gün Biləsuvar rayonunda həmin texnika sınaq keçirilib.
“Case New Holland Industrial” şirkəti ilə Aqroservis ASC-nin birgə təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yeni nəsil “Case” kombaynlarının pambıq sahələrində sınaq yığımları başlayıb.
“Aqroservis” ASC-dən bildirilib ki, Azərbaycana gətirilən yeni nəsil kombaynlar ölkəmizdə fəaliyyət göstərən kiçik pambıq təsərrüfatlarının ehtiyaclarına uyğunlaşdırılıb. Bu layihə Azərbaycandakı kiçik fermerlərə pambıq yığımında dəstək olmaq məqsədi daşıyır. Qeyd edək ki, yeni nəsil “Case” kombaynları ölkəmizdə mövcud olan digər kombaynlardan fərqli olaraq 2 sıralıdır və alternativi yoxdur. Kombaynın çəkisi az və ölçüsü yığcam olduğundan sahələrarası daşınması çox rahatdır. Eyni zamanda, ölçü və çəkisinin digər kombaynlarla müqayisədə az olması bu kombaynlara sahələrdə daha yaxşı manevr etməyə imkan verir. Bu kombaynlar daha az yanacaq sərf etdiyindən digər kombaynlarla müqayisədə istismar xərcləri azalır.
Bundan başqa, bu kombaynların ehtiyyat hissələrinin kompakt və asan konstruksiyası onlara daha rahat və tez başa gələn texniki qulluq göstərilməsinə imkan verir. Mütəxəssislər hesab edir ki, kombaynın Azərbaycanın fermelərinin ehtiyaclarına uyğunlaşdırılması pambıq yığımında səmərəliliyin artırılması ilə nəticələnəcək.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026