2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hazırda Kəlbəcər Rayon Baytarlıq İdarəsinin 8 sahə baytarlıq məntəqəsi tərəfindən aparılan tədbirlər çərçivəsində kəlbəcərlilərə məxsus ayrı-ayrı rayonlarda və şəxsi təsərrüfatlarda 16910 baş iribuynuzlu, 316 baş təkdırnaqlı heyvanda qarayara, 340 baş sahibli ev itində quduzluq, 11620 baş ev quşunda (“La-sota” ştammı ilə) nyukasıl xəstəliklərinə qarşı peyvəndləmə tədbiri aparılıb və 1200 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb.
Fevral ayının 10-dan isə bütün ölkədə olduğu kimi, Kəlbəcər rayonundan erməni işğalçıları tərəfindən köçkün salınan əhaliyə məxsus iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 10858 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə (dabaq xəstəliyinin A,O,”Asiya”-1,Tur-15 tiplərinə qarşı) qarşı polivalent vaksinlə peyvəndləmə aparılıb. Xırdabuynuzlu heyvanlarda isə bu tədbirin mart ayında aparılması nəzərdə tutulur.
Tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.
Qeyd edək ki, epizootik tədbirlər planına uyğun olaraq bundan sonra kəlbəcərlilərə məxsus ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri davam etdiriləcəkdir. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epididimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan qan nümunələrinin alınması nəzərdə tutulub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xocavənddə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
13 Mart 2026
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə II investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
13 Mart 2026
Fermerlərə “İntensiv meyvə bağlarının salınması və idarə olunması texnologiyaları” mövzusunda təlim keçirilib
13 Mart 2026
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri AQTA rəhbərliyi ilə görüşüb
13 Mart 2026
Nazir Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edib
12 Mart 2026