Aqrar sahədə innovasiyaların tətbiqi, kənd təsərrüfatı üzrə gənclərin, biznesə başlamaq və ideyalarını biznesə çevirmək istəyənlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzinin birgə həyata keçirdiyi akselerasiya proqramına seçimlər başa çatıb.
“Kənd təsərrüfatı” (AgTech) üzrə akselerasiya proqramı aqrar sahədə startapların yetişməsinə təkan verəcək və cəmiyyətdə “Agtech” sahəsinə olan marağın yaranmasını təmin edəcək. Eyni zamanda akselerasiya proqramında olan startaplar vasitəsilə fermerlərin qarşılaşdıqları müxtəlif problemlərin və çətinliklərin həllinə innovativ həllərin yaradılması əsas hədəflərdən biridir.
Qeyd edək ki, “AgTech” akselerasiya proqramına seçimlər 5-20 yanvar tarixlərini əhatə edib və 40-dan çox layihə üzrə sənəd qəbul olunub. Bir neçə kriteri üzrə seçim nəticəsində 5 layihə startap seçilib.
TECH Algae Fertilizer Bee AgriTour AgroBu startap layihələrə 12 həftə ərzində Silikon vadisindən aqrar və biznes üzrə ixtisaslaşmış müxtəlif ekspertlər və yerli mentorlar tərəfindən təlimlər keçiriləcək. Təlimlərdə kənd təsərrüfatı sahəsində layihə müəlliflərinin öz ideyalarını biznesə çevirmək üçün bütün zəruri bilik və bacarıqlara yiyələnməsi təmin ediləcək. Bu çərçivədə startapın 12 həftə ərzində hüquqi şəxsə çevrilməsinə qədər bütün mərhələlər üzrə mexanizmlər üzrə təlimlər keçiriləcək.
Akselerasiya proqramının sonunda keçirilməsi nəzərdə tutulan “DEMO Day” adlı tədbirdə seçilmiş layihələr yerli və xarici investorlara təqdim olunacaq.
Qeyd edək ki, proqram Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026