Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qabaqcıl, təcrübəli fermerlərindən təşkil olunmuş Fermerlər Şurasını çox faydalı format adlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aqrar islahatların davam etdiyini deyən nazir Fermerlər Şurasının üzvlərini imzalanmış son Fərmanlarla bağlı məlumatlandırıb.
İştirakçılara DAİM-lərin iş prinsipləri, Aqrar Xidmətlər Agentliyinin yaradılması zərurəti¸ Aqrar Kredit və İnkişaf Agentliyinin əsas funksiyaları, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin qarşısına qoyulmuş vəzifələr, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin üstünlükləri barədə geniş məlumat verilib. Nazir İnam Kərimov fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacağını xatırladıb. O qeyd edib ki, artıq güzəştli qaydalarla satış bütün təchizatçı şirkətlərə tətbiq olunacaq, yeni qaydalar kənd təsərrüfatı texnikası bazarında ədalətli rəqabət mühiti formalaşdıracaq.
Fermerlər Şurasının üzvləri aqrokimya laboratoriyalarının fəaliyyəti, texnikaların yeni qaydalarla satışı, kooperativlərin yaradılması zərurəti, əkin zamanlı sertifikatlı toxumdan istifadə, gübrə və herbisidlərlə təminat, aqrar xidmətlərin elektronlaşdırılması, Aqrar İnkişaf Könüllüləri Hərəkatının fəaliyyəti, “2019-2023-cü illərdə regionların sosial-iqtisadi İnkişafı” Dövlət Proqramından irəli gələn vəzifələr ətrafında fikir mübadiləsi aparıblar. Tanınmış fermerlərdən Bayram Əlləzov, Fatma Hüseynova, İldırım Məmmədov, Rafət Abbasov və digərləri Fermerlər Şurasının gələcək inkişaf planları ilə bağlı fikirlərini bölüşüblər, Şura üzvlərinin regionlarda fəaliyyətlərinin artırılması ilə bağlı rəy və təkliflərini irəli sürüblər.
Daha sonra Fermerlər Şurasının üzvləri üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib. Bildirilib ki, bütün xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq. Bu sistem xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək.
Toplantının sonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasına yeni üzvlər qəbul olunub. Qeyd edək ki, Fermerlər Şurasının tərkibinin 1/3 hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir.
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi təsis edilib
29 Sentyabr 2023
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edib
29 Sentyabr 2023
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
29 Sentyabr 2023
Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib
28 Sentyabr 2023
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
28 Sentyabr 2023