Aqrar fəaliyyətlə məşğul olanların güzəştli kredit üçün banka getməsinə ehtiyac qalmayacaq. Fermer və sahibkarlar müraciətlərini elektron platforma üzərindən online ünvanlaya biləcəklər.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin saytında yaradılmış platforma (http://agrocredit.agro.gov.az/login ) fermer, Dövlət Xidməti və kredit təşkilatlarını bir ünvana yığır.
Xidmətin rəisi Mirzə Əliyev bildirib ki, öz ASAN imzası vasitəsilə platformaya daxil olan fermer kredit üçün müraciət formasını doldurur: “Fermer özü və təsərrüfatı haqqında məlumatları, istədiyi kredit məbləğini, təklif etdiyi girovu qeyd edib, müvəkkil kredit təşkilatını seçir və doldurulmuş müraciət formasını platform vasitəsilə göndərir. Fermerin göndərdiyi müraciət həm bankda, həm də Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Kredit Şöbəsində izlənilir və araşdırılır. Yeni platforma fermer və sahibkarların işini yüngülləşdirərək, evdən çıxmadan kredit üçün müraciət etmək imkanı yaradacaq, eləcə də kredit müraciətlərinin qəbulunda şəffaflığı təmin edəcək”.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, yaxın vaxtlarda platformada fermer və sahibkarların öz məsrəf və mənfəətlərini hesablamaq imkanı da olacaq. Elektron platforma vasitəsilə kredit götürənlər aqrar kreditlərini də ödəyə biləcəklər.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026