Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcov Bolqarıstan Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində nazirliyin nümayəndəsi Bolqarıstanın İqtisadiyyat , Energetika və Kənd Təsərrüfatı nazirliklərinin rəsmiləri və Bolqarıstanın Kənd Təsərrüfatı Akademiyasının direktoru ilə görüşlər keçirib. Görüş çərçivəsində Azərbaycan və Bolqarıstan hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində görülən işlər, komissiyanın 5-ci iclasının Sofiya şəhərində keçirilməsinə hazırlıq, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, idxal və ixrac imkanlarının genişləndirilməsi, hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, kənd təsərrüfatının müxtəlif sahələri üzrə, xüsusilə təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsinə dair geniş müzakirələr aparılıb, qarşılıqlı maraqlara əsaslanan ilkin razılaşmalar əldə olunub.
Səfər çərçivəsində Bolqarıstanın Sliven şəhərində yerləşən baytarlıq preparatları istehsal olunan müəssisəyə səfər edən Rəşad Fərəcov zavodun hüquqi sahibi “BioPharm” şirkətinin rəhbərliyi və Sliven əyalətinin qubernatoru ilə görüşlər keçirib. Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunaraq hər iki ölkənin iş adamları arasında əlaqələrin qurulması, qarşılıqlı maraq doğuran sahələrdə sərmayə yönümlü layihələrin həyata keçirilməsi və Azərbaycanda baytarlıq dərmanlarının istehsalı üzrə birgə müəssisənin yaradılması sahəsində “BioPharm” şirkəti ilə birgə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026