Seminar ekoloji kənd təsərrüfatı sistemləri və kənd təsərrüfatının davamlı inkişafı mövzusuna həsr olunub.
Çin Xalq Respublikasında “Ekoloji kənd təsərrüfatı sistemləri və kənd təsərrüfatının davamlı inkişafı” mövzusunda təşkil edilmiş seminar keçirilib. Kənd Təsərrüfatı Nazirliyi Aparatının Torpaqdan istifadəyə nəzarət şöbəsinin mütəxəssisləri Firidun Tağıyev, Ərşad Yaşar və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Əbdülrəhim Dadaşov seminarda iştirak ediblər.
Tədbirə Azərbaycanla yanaşı Misir, Pakistan, Zimbabve, Syerra-Leone və Botsvanadan 21 iştirakçı qatılıb. Seminarda müasir kənd təsərrüfatının inkişafı, kənd təsərrüffatı kooperativlərinin fəaliyyətinin təşkili, ənənəvi kənd təsərrüfatına dəstək, ağıllı kənd təsərrüfatı sistemləri, kənd təsərrüfatında ekoloji normaların qorunması mövzuları müzakirə olunub.
Yüksək səviyyədə təşkil edilmiş seminarın proqramına mühazirələr, sahə turları və kulturoloji turlar daxil edilib. İştirakçılar Seminarın Handan, Dezhou, Huzhou və Hangzhou şəhərlərinə səyahət etmək imkanı qazanıblar. Azərbaycan nümayəndə heyəti mühazirələrdə, sahə turlarında və kulturoloji turlarda fəal iştirak edib.
Təlimin sonunda Nazirliyin əməkdaşları tərəfindən ölkəmiz haqqında, xüsusən də kənd təsərrüfatının müxtəlif sahələrinin statistik göstəriciləri barədə təqdimat keçiriblər. Nümayəndə heyətinin üzvlərinə kursu müvəffəqiyyətlə başa çatdırdıqlarını təsdiqləyən sertifikatlar təqdim olunub.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026