Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə başlayıb. Agentliyin vəsaiti hesabına kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib.
Satış Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə təsdiqlənmiş yeni qaydalara uyğun aparılıb.
Gömrük dəyəri 172 min AZN olan texnikanı təchizatçıdan kənd təsərrüfatı müəssisəsi 103200 manata, yəni 40% güzəştlə əldə edib. Güzəştin miqdarı 68800 manat olub. Müəssisə satış məbləğinin 20%-i həcmində ilkin ödəniş edib, məbləğinin qalan hissəsini isə Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatından götürdüyü güzəştli kreditlə ödəyib. Texnika alıcısı krediti 5 il müddətinə faizsiz olaraq geri qaytaracaq. Kreditin faizləri isə AKİA tərəfindən aybaay müvəkkil kredit təşkilatına ödənəcək.
Ölkə Prezidentinin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası”na görə, kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların güzəştli şərtlərlə satışını artıq AKİA həyata keçirir. Həmin fərmanadək bu səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinin digər tabeli qurumu olan Aqrolizinq ASC-də idi.
Qeyd edək ki, yeni qaydalara uyğun olaraq, kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə və güzəştli kredit vəsaitindən istifadə ilə istədiyi təchizatçıdan və istədiyi müvəkkil kredit təşkilatı vasitəsilə ala bilər.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026