Gürcüstan Respublikasında insanlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin yayılmasını nəzərə alaraq, onun ölkəmizə keçməsinin qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi ölkəmizə qonşu respublikadan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır. Həmçinin Rusiya, Ukrayna, Latviya, Belarusiya, Rumıniya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir.
Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra \"Azərbaycan Dəmir Yolları\" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir.
Ələt yuma-dezinfeksiya məntəqəsi bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə saxlanılan donuzlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyi qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026