Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Aqrar İnkişaf Könüllülərinin dəstəyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitunun təşkilatçılığı ilə “Kənd Təsərrüfatının inkişafında gənclərin rolu” adlı konfrans keçirilib. Konfransın əsas məqsədi gənclərin aqrar sahəyə, kənd təsərrüfatına marağının artırılması və ölkədə aparılan aqrar islahatlarda gənclərin iştirakının təmin edilməsidir.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev çıxış edərək, ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından, aqrar sahənin inkişafını təmin etmək üçün qarşıda duran vəzifələrdən danışıb.
M.Hacıyev bildirib ki, Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Dövlət başçısı cənab İlham Əliyev digər sahələrlə yanaşı, aqrar sektorun üstün inkişafının təmin olunmasını da prioritet istiqamət kimi bəyan edib. Bu da həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda kənd təsərrüfatında mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradıb.
Millət vəkili Naqif Həmzəyev ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər siyasətinin bir çox ölkələr üçün nümunə olduğunu bildirib. Millət vəkili gənclərin cəmiyyətdəki xüsusi rolundan söz açıb, gəncliyinin inkişafına hər zaman dövlət tərəfindən göstərilən qayğının gündən-günə artdığını qeyd edib. Naqif Həmzəyev son illər gənclər arasında aqrar sahəyə olan marağı yüksək dəyərləndirib, ölkə Başçısının Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşü zamanı söylədiyi hər bir fikirin onların daha da məsuliyyətli olmasına, aqrar sahədə fəaliyyətlərinə təkan oldu.
“Aqrar İnkişaf Könüllüləri” ictimai hərəkatının rəhbəri Sarvan Cəbrayılzadə çıxış edərək bir qrup gəncin təşəbbüsü ilə yaradılan hərəkatın məqsədindən, fəaliyyətindən danışıb. Qeyd edib ki, bu günün gəncləri aqrar sektorun inkişafına ictimai dəstək verməklə yanaşı aqrar sahədəki problemlərin həll yollarını tapmaq üçün yeni, innovativ texnologiyaların tətbiqindən məharətlə istifadə edir, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltməyi bacarırlar.
Aqrar Elm və İnnovasiya Mərkəzi Aqrar Tədqiqatların Tətbiqi Şöbəsinin müdiri Pərviz Cəfərov, Göygöy rayon İcra Hakimiyyətinin şöbə müdiri Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın İnkişafgı şöbəsinin müdiri Asəf Ömərov,Göygöl rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Bitki Mühafizə və Texniki Bitkilər Tədqiqat İnstitunun direktoru Vüqar Bəşirov və digərləri çıxış edərək gənclərə göstərilən dövlət dəstəyindən, aqrar sahədə gənclərin rolundan ətraflı danışıblar.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026