Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasında kümçülərə təlim keçirilib. Təlimə Qax, Şəki, Zaqatala, Balakən və Ağdam rayonlarından gəlmiş kümçülər cəlb olunub. “Tut ipəkqurdunun aqrotexniki qaydalara uyğun bəslənilməsinin təşkili” mövzusunda təlimləri ADAU və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları keçiblər. Kümçülərə ipəkqurdunun saxlanılma və yemlənmə şəraiti, bəslənilməsi, zərərvericilər və xəstəliklərə qarşı mübarizə tədbirləri barədə məlumat verilib. Təqdimatlardan sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb.






AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026