• Ana səhifə
  • Xəbərlər
  • Kürdəmirdə növbəti ilin epizootik tədbirlərinə hazırlıq işləri aparılır  
Kürdəmirdə növbəti ilin epizootik tədbirlərinə hazırlıq işləri aparılır  

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində lazımı tədbirlər aparılıb. Bu məqsədlə tərtib edilmiş epizootik planına uyğun olaraq yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, çimizdirmə və digər tədbirlər aparılır.

Kürdəmir Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində epizootik sabitliyin qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətlərində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara və quşlar saxlanan binalar, heyvanların qışlaq yataq yerləri profilaktiki məqsədlə dezinfeksiya aparılır. Qeyd edək ki, başa vurmaqda olduğumuz il ərzində ümumilikdə Kürdəmir rayonunda 4729 obyektdə 88460 kvadratmetr sahədə profilaktiki dezinfeksiya işləri görülüb. Bu məqsədlə ektasan, almerdehid dezinfeksiyaedici dərman maddələrindən istifadə edilib.

Kürdəmir Rayon Baytarlıq İdarəsi tərəfindən başa vurmaqda olduğumuz 2019-cu il ərzində 6141 baş iribuynuzlu heyvandan, 831 baş ana qoyundan, 146 baş qoçdan və 15 baş keçidən bruselyoza görə, eləcə də epididemit xəstəliyinə qarşı 120 baş qoçdan qan alınaraq müayinə edilib. Həmçinin, 3280 baş iribuynuzlu heyvan vərəmə, 734 baş at manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.

İl ərzində 59880 baş iribuynuzlu (bundan 4699 başı cavan iribuynuzlu heyvan), 119092  baş (bundan 2030 başı cavan xırdabuynuzlu heyvan) xırdabuynuzlu, 777 baş təkdırnaqlı heyvanda qarayara, 115599 baş iribuynuzlu və 198043 baş xırdabuynuzlu heyvanda dabaq, 4500 baş sahibli itdə quduzluq, 183170 baş xırdabuynuzlu (bundan 56663 başı cavan xırdabuynuzlu heyvan) heyvanlarda çiçək, 248 baş donuzda klassik taun, 688 baş iribuynuzlu heyvanda leptospiroz (sarılıq), 5466 baş iribuynuzlu və 14615 baş xırdabuynuzlu heyvanlarda bruselyoz, 83305 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 838246  baş ev quşda “H” vaksini və 992835 baş quşda “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparıb.

Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari il ərzində quşlar arasında askaridoza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı müvafiq müalicə işləri aparılaraq və 623 quşda askaridoza, 1005 baş iribuynuzlu və 1000 baş xırdabuynuzlu heyvanlarda diktikalyoza, 1013 baş iribuynuzlu və 2178 baş xırdabuynuzlu heyvanlarda fassilyoza, 2017 baş  xırdabuynuzlu heyvanlarda monezioza və tizaniezioza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri aparılıb. Hazırda Kürdəmir Rayon Baytarlıq İdarəsində 2020-ci ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib.

Nazirliyin Təhcizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hər il olduğu kimi növbəti ildə də dövlət vəsaiti hesabına alınan, rayon baytarlıq idarələrinə vaxtında çatdırılaraq soyuducu kameralara yığılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal qarasına ödənişsiz əsaslarla(pulsuz) tətbiq ediləcək.

Baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmiri edilməsi və yerinə yetirilməsi barədə müvafiq tapşırıqlar verilib. Baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinin bölgüsünə, onların yerlərdə tətbiqinə rayon baytarlıq idarələri tərəfindən ciddi diqqət yetirilməsi, baytarlıq preparatlarının istifadəsi zamanı epizootik və ambulatoriya kitablarında qeydiyyatın aparılmasına dair göstərişlər verilib.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndlərin, diaqnostik müayinələrin və baytarlıq sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.