Kürdəmir rayonunun Sığırlı kəndində quşçuluqla məşğul olan təsərrüfat sahibləri üçün “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Təlim Aqrar Xidmətlər Agentliyinin (AXA) Kürdəmir Rayon Baytarlıq İdarəsinin rəisi Mehman Nəsirov tərəfindən keçirilib.
Təlimdə bildirilib ki, Kürdəmir rayonunda nyukasl xəstəliyinə qarşı cari ilin 8 ayı ərzində 992835 baş cavan quşlarda “La-sota” vaksini ilə, 838246 baş yaşlı quşlarda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb. Təkcə Sığırlı kəndində 609300 baş cavan quşlarda, 431000 baş yaşlı quşlarda nyukasl xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbiri yerinə yetirilib. Təlimdə fermerlərə nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin etiologiyası, patogenizi, kliniki əlamətləri, davamlılığı və mübarizə tədbirləri barədə geniş məlumat verilib.
Təlimdə nyukasl xəstəliyinin diaqnostikası, profilaktikası və ləğvinin dövlət vəsaiti hesabına, çiçək xəstəliyinin isə vətəndaşın öz vəsaiti hesabına aparılması vurğulanıb.
Təlim zamanı həm də ev quşlarının saxlanma və bəslənməsinə dair geniş məlumat verilib və gözlənilməz infeksion xəstəliklərdən qorunmaq üçün əlavə tədbirlər barədə təsərrüfat sahibləri maarifləndirilıb. Bildirilib ki, bütün infeksion xəstəliklərdən qorunmaq məqsədilə quşçuluqda istifadə olunan damlar, alətlər, yem və su qablarının baytarlıq-sanitariya cəhətdən steril olması üçün vaxtlı-vaxtında dezinfeksiya və dezinseksiya işləri aparılmalıdır. Təsərrüfat sahiblərinə hər iki xəstəliyin törədicilərinin davamlılığı barədə məlumat verilib, istifadə olunan kimyəvi maddələr barədə maarifləndirici söhbətlər aparılıb.
Bildirilib ki, quşlar yemlənən zaman yemlərin tərkibində olan vitaminlərin və mineral maddələrin norması quşların tələbatına uyğun olaraq verilməlidir. Belə ki, quşların saxlanılması zamanı vitamin və mineral maddələrin çatışmazlığı orqanizmin immun zəifliyinə səbəb olur ki, bu da müxtəlif infeksion və digər xəstəliklərin yoluxma riskini artırır.
Təlim geniş diskussiya şəraitində davam etdirilib və fermerlərin sualları ətraflı cavablandırılıb.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026