Lənkəran rayonunda “Cənub bölgəsində çəltik istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib. Tədbirdə Lənkəran, Astara, Masallı, Biləsuvar, İmişli və Salyan rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəssisləri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən müşavirədə bildirilib ki, Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsi çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi iqtisadi potensialının gücləndirməsində mühüm töhfə verir.
“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflərin həyata keçirilməsi üçün yeni məhsuldar çəltik sortlarının yaradılması, onların toxumçuluğunun təşkili, gübrə, pestisid, becərmə texnikaları ilə təminat, əkin sahələrinin genişləndirilməsi və digər məsələlər müşavirədə geniş müzakirə edilib.
Müşavirədə müvafiq rayonların DAİM rəhbərlərinin, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, ”Aqrolizinq” ASC , emal müəssisələrinin mütəxəssisləri, eləcə də çəltik istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin təklif və tövsiyələri dinlənilib, çəltik istehsalında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Tədbirin sonunda bir neçə çəltik emal müəssisələrinə baxış keçirilib və müzakirələr aparılıb.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026