Lənkaran, Astara və Ağdaş rayonlarında çəltik istehsalı ilə məşğul olan fermer, sahibkar və şirkətlərin nümayəndələri üçün tarla seminarı keçirilib.
Tarla seminarı “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər palnına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri tərəfindən keçirilib.
Fermerlər Əkinçilik Elmi-Tədqiqat İnstitutunda çəltik bitkisinin elmi əsaslarla öyrənilməsi, yeni çəltik sortlarının genefondu, tarla sınaqlarının nəticələri, bu sahədə beynəlxalq təşkilatlarla və xarici ölkələrlə olan əməkdaşlıq, ixtisaslı gənc kadrların hazırlanması və digər məsələlər barədə məlumatlandırılıb.
Tarla şəraitində keçirilən tədbirdə çəltik istehsalçıları nümayiş etdirilən çəltik sortlarını qiymətləndirib, onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb, istehsalçıların sualları institutun mütəxəssisləri tərəfindən cavablandırılıb və müvafiq tövsiyələr verilib.
Eyni zamanda, çəltik sortlarının tarla sınaqlarının aparılması, ilkin toxumçuluğunun təşkili, səmərəli becərmə texnologiyasının tətbiqi və digər aqrotexniki tədbirlərin yerinə yetirilməsi istiqamətində çəltik istehsalçıları ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında elmi əməkdaşlıq sisteminin yaradılması qərara alınıb.
Tədbirin sonunda çəltik istehsalı ilə məşğul olan şirkətlərlə birgə əməkdaşlıq müqavilələri imzalanıb.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026