Aqrar Xidmətlər Agentliyinin Lənkəran rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonunda sitrus bağlarına baxış keçirilib, zərərverici və xəstəliklərlə sirayətlənmə ilə bağlı müşahidələr aparılıb, zərərverici və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması ilə bağlı fermerlərə məsləhət və tövsiyələr verilib.
Həmcinin, rayonun Separədi ərazi nümayəndəliyinin Tükəvilə kəndində yerləşən 35 hektar sahədə fitosanitar müşahidələr aparılıb. Nəticədə 28.57 hektar sitrus bağında Sitrus ağqanadlı ilə sirayətlənmə müşahidə olunub. Qeyd olunan ərazidə mütəxəssislər tərəfindən dövlət büdcəsi hesabına hektara 0.700 qram olmaqla “Abachlor SC” preteparatı ilə kimyəvi mübarizə tədbirləri aparılıb. Bölgədə müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, zərərvericinin III-IV-yaş sürfələri həmişəyaşıl bitkilərin yarpaqlarında qışlayır. Sürfələr yazda inkişafını başa çatdırır, yetkin hala keçir və cavan yarpaqların alt səthinə tək-tək və qrup halında 60-170 ədəd yumurta qoyur. Təxminən 6-7 gündən sonra yumurtalardan sürfələr çıxır. Onlar üç dəfə qabıq dəyişir və nimfalara çevrilir. Mühit amillərindən asılı olaraq sürfələrin inkişafı 25-30, nimfaların inkişafı isə 15 günə başa çatır. Gürcüstan və Azərbaycan şəraitində zərərverici ildə 3-4 nəsil verir. Ona görə yay mövsümündə, eyni zamanda sitrus ağqanadlısının yumurta, sürfə, nimfa və yetkin fərdlərinə rast gəlinir. Sitrus ağqanadlısı çox geniş yayılmaqla bərabər müxtəlif bitkilər hesabına qidalanır və onlara xeyli ziyan vurur. Bu bitkilər sırasına limon, naringi, portağal, çay, luqustrum (bir göz), dəfnə, xurma, yasəmən, qreypfrut və digərləri daxildir. Zərərvericinin sürfələri yarpaqların şirəsini sormaqla onların saralmasına və qıvrılmasına səbəb olur, digər tərəfdən zərərvericinin şəkərli ifrazatı üzərində saprotrof göbələklər düşərək bitkilərdə gedən fotosintez prosesrinin pozulmasına səbəb olur. Aparılan müşahidələr göstərir ki, ətraf mühitin qısa müddətli soyuması (-20 C) zərərvericinin inkişafına mənfi təsir göstərmir. Zərərverici əkin materialı və külək vasitəsilə passiv, bir ağacdan digərinə uçmaqla aktiv yayılır.
Sitrus bağlarında Sitrus ağqanadlısı aşkar edildiyi hallarda AXA-nın bitki mühafizəsi mərkəzlərinə məlumat verilməsi tövsiyə olunur.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026