Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietis bu gün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub. Viktoras Prantskietis institutun laboratoriya və istixanalarında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub. Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev əvvəlcə qonağa biotexnologiya laboratoriyası haqqında məlumat verib. Bildirilib ki, bu laboratoriyada in vitro üsulu ilə viruzsuz tərəvəz toxumlarının istehsalı həyata keçirilir. Qonağa məlumat verilib ki, son illər dövlət dəstəyi sayəsində elmi-tədqiqat müəssisələrinin işinin yenidən qurulması, ən son texnoloji innovasiyaların tətbiqi sahəsində mühüm addımlar atılır. Qeyd olunub ki, institutda yaradılmış laboratoriyalar ekoloji baxımdan təmiz, virusa yoluxmayan tərəvəz toxumlarının istehsalına imkan verir.
Litva Seyminin nümayəndə heyəti institutdakı digər müasir laboratoriyaların fəaliyyəti ilə də tanış olublar. Nümayəndə heyətinə müasir avadanlıqların iş rejimi, gübrələmə, bitki mühafizə tədbirlərinin təşkilində tətbiq olunan innovasiya sistemləri nümayiş olunub.
Daha sonra nümayəndə heyəti institutun istixanalarına baş çəkib. Qonaqlara məlumat verilib ki, istixanalarda xəstəliklərdən mühafizə olunmuş şəraitdə seleksiya və toxumçuluq işləri aparılır, dörd yeni sort yaradılaraq dövlət sort sınağına təqdim olunub. Nümayəndə heyəti Toxum Satış Mərkəzində fermerlərə təklif olunan sağlam nümunələri ilə tanış olublar.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktori İmran Cümşüdov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev litvalı qonaqlara ölkədə həyata keçirilən dövlət dəstəyi tədbirləri haqqında geniş məlumat veriblər. Bildirilib ki, aqrar sahəyə birbaşa və dolayı dövlət dəstəyi sayəsində kənd təsərrüfatının bütün sahələrində ciddi artım əldə olunub, ixrac bazarlarında ölkənin mövqeyi güclənib. Azərbaycanın aqrar sektorunun xarici investisiyalar üçün cəlbedici olduğunu vurğulan İlham Quliyev litvalı iş adamlarını tərəvəçilik, heyvandarlıq, eyni zamanda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində əməkdaşlığa dəvət edib.
Litva Seyminin sədri Viktoras Prantskietis görüş zamanı bildirib ki, son illər Azərbaycanda kənd təsərrüfatına dövlət səviyyəsində göstərilən dəstək təbirləri, xidmət və elmi təminat sisteminin təkmilləşdirilməsi maraqla izlənilir. Qeyd edib ki, Azərbaycanda əlverişli biznes mühiti digər ölkələrlə aqrar sahədə çoxşaxəli əməkdaşlığın qurulmasına geniş imkanlar açıb. Ölkəsinin Azərbaycandakı səfirliyi vasitəsilə müzakirə olunan əməkdaşlıq istiqamətlərinin inkişaf etdiriləcəyini, yaxın gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunacağını deyən Litva Seyminin sədri Viktoras Prantskietis ticarət əlaqələrinin inkişafının vacibliyini dıqqətə çatdırıb. O bildirib ki, litvalı alimlərin və iş adamlarının Azərbayacana səfəri təşkil olunacaq, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı geniş müzakirələr təşkil olunacaq.
Görüşdə qarşılıqlı əməkdaşlığın bir sıra istiqamətləri ətrafında müzakirələr aparılıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xocavənddə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
13 Mart 2026
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə II investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
13 Mart 2026
Fermerlərə “İntensiv meyvə bağlarının salınması və idarə olunması texnologiyaları” mövzusunda təlim keçirilib
13 Mart 2026
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri AQTA rəhbərliyi ilə görüşüb
13 Mart 2026
Nazir Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edib
12 Mart 2026