Cari ilin sentyabrın 11-dən etibarən Lənkəran rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) üçüncü nəslinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Lənkəran Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində 280 hektar sahədə müşahidə aparılıb və 40 hektar sahədə sirayətlənmə aşkar edilib. Sentyabrın 12-dən isə Vilvan, Cil və Veravol kəndləri əhatə olunmaqla, ümumilikdə 16 hektar sahədə kimyəvi mübarizə tədbirlərinə başlanılıb. Büdcə vəsaiti hesabına həyata keçirilən mübarizə tədbirlərində Diflobezron tərkibli Xetenazon preparatından (100 qr/1 ha) istifadə olunub. Müşahidə və mübarizə tədbirlərinin sentyabr ayının ikinci ongünlüyünə qədər davam etdiriləcəyi proqnozlaşdırılır.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq Dövlət Xidmətinin Bitki Mühafizəsi Mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.
Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan biri ilə aparılmalıdır: diflubenzuron 0.3 l/ha, xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq, daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır.
Karantin zərərvericisi əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026