Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
“Feyxoa bitkisi elmə XIX əsrdən məlumdur. Bu bitki həmişəyaşıl ağaclar sinfinə aiddir. Əsl vətəni Cənubi Amerika hesab olunur, Braziliya, Kolumbiya, Uruqvay və Argentinanın şimal hissəsində yetişdirilir. Azərbaycana ilk dəfə 1928-ci ildə gətirilərək cənub rayonlarında əkilib. Feyxoanı sürətlə inkişaf edən təsərrüfat sahəsi saymaq olar, bu, həm də Lənkəran-Astara zonasında sənaye əhəmiyyətli təsərrüfat bitkisidir”.
Bu fikirləri Lənkəranın istisu qəsəbəsində feyxoa yetişdirən fermer Rəftarə Şükürova deyib. O, Lənkəranda feyxoa əkininə marağın ildən-ilə artdığını söyləyir: “Bunun iki mühüm səbəbi var. Birincisi, daimi bazarının olması, istənilən vaxt əlverişli qiymətə satılması, ikincisi isə aqrotexniki qulluğa o qədər də təlabkar olmamasıdır”.
Rəftarə xanımın rəhbərlik etdiyi təsərrüfat 13 hektar ərazini əhatə edir: “Bunun 6 hektarı feyxoa bağı, 3,5 hektarı kivi bağı, qalanı isə taxıl zəmisidir. Artıq 10 ildir ki, bağımızdan bol məhsul toplayırıq. Hər bir ağac 3 ildən sonra bar verməyə başlayır. Bağlar toxum və vegetativ üsulla salınır. Feyxoa bağı gec məhsul verir, ona görə də isti yay günlərində suya tələbatı çox olur. Feyxoa ağacı rütubəti sevir, buna görə də xalq arasında bir deyim var - “feyxoa ağacı kökündən deyil, başından su içir. Əgər mövsümdə rütubət istənilən səviyyədə olarsa, ağacın meyvələri iri olur və tez yetişir, məhsuldarlığı da yüksək olur. Bağa yaxşı qulluq etməklə, hər hektardan 20 ton məhsul toplamaq olar”.
Rəftarə Şükürova feyxoanın orqanizm üçün çox xeyri olduğunu söyləyir: “Feyxoa yod mənbəyidir. İnsan orqanizminin yoda olan tələbatının tam ödəyə biləcək meyvələr çox azdır. Əgər hər kəs gündə iki feyxoa meyvəsi yeyərsə, orqanizminin yoda olan gündəlik tələbatını ödəmış olar”.
AXA-nın Mərkəzi Laboratoriyasında “Açıq qapı” günü keçirilib
25 Avqust 2026
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinə həsr olunmuş növbəti iclas keçirilib
25 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
25 Avqust 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026