Azərbaycan kəndində ilk dəfə olaraq, qadınlar kafe işlədəcəklər. Bu addımı Lənkəranın Seperadi kəndində yaradılmış “Əvəsor” Qadın İnkişaf Qrupu atıb. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon kafenin ilk müştərilərindən olub.
“Əvəsor Şirniyyat Evi”nin nəzdində olan “Ana və Uşaq” kafesi 136 kv metr sahəni əhatə edir. Kənd qadınlarının yeni biznes obyektinin açılışında iştirak edən Aqrar kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, qadınların məşğulluğunu artırmaqla yanaşı, bu biznes həm də kənd qadınlarının asudə vaxtlarını keçirmələri üçün maraqlı bir məkanın əsasını qoyub.
Qadın İnkişaf Qrupları 2018-ci ilin martından yaradılmağa başlayıb. Qadınların iqtisadi səlahiyyətləndirilməsi üzrə bu innovativ modeli Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Dünya Bankı ilə tərəfdaşlıqlahəyata keçirilir. İndiyədək 361 qadını özündə birləşdirən 30 Qadın İnkişaf Qrupu yaradılıb.
Kənd yerlərində məşğulluğun artırılması məqsədi ilə başladıqları ilk addımlarda qadınlar şirniyyat evi, təndir, xalça toxuma sexi, inkubator kimi bizneslərə maraq göstərsələr də, onlar qarşılarına aqrobiznes ilə bağlı məsuliyyətli hədəflər qoyub, pambıqçılıq, baramaçılıq, üzümçülük, bağçılıq, eləcə də quşçuluq və heyvandarlıq kimi aqrobiznes sahələrində də özlərini sınayıblar. Fəaliyyətə başlamış olan 30 qadın qrupundan 17-si artıq özlərinin aqrobizneslərinə başlayıblar.
Qadın İnkişaf Qrupları 2018-ci ilin noyabrında özlərinin zirvə təşkilatı olaraq Azərbaycan Kənd Qadınları Assosiasiyasını yaradıb, Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçiriblər.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026