Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu istehsalçılarla əlaqələrin yaxşılaşdırılması məqsədi ilə “Makaron sənayesinin gücləndirilməsində yerli bərk buğda sortlarından istifadənin genişləndirilməsi” mövzusunda sərgi-konfrans keçirib.
Tədbirdə ölkənin əsas makaron istehsalçıları şirkətlərinin nümayəndələri, fermerlər və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun nümayəndələri iştirak ediblər.
İnstitutun direktoru Faiq Xudayev respublikamızda taxıl istehsalının artırılmasında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rolundan danışaraq yerli sortlar haqqında geniş məlumat verib, onların üstünlüklərini diqqətə çatdırıb. F.Xudayev vurğulayıb ki, bundan sonra əsas məqsəd makaron istehsalçıları ilə iş birliyinin yaradılmasına yönələcək. İnstitutun istehsalat üzrə direktor müavini Atif Zamanov taxıl istehsalının artırılmasında aparılan tədbirlər paketinin əhəmiyyəti, “Dənin keyfiyyəti laboratoriyası”nın müdiri Qətibə Həsənova makaron istehsalında buğda sortlarının keyfiyyət göstəriciləri, “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi Xanbala Rüstəmov bərk buğda istehsalı və yeni sortlar haqqında istehsalçılara məlumat veriblər.
Makaron məhsulları istehsalçısı olan şirkətin nümayəndəsi İlqar Əhmədov çıxış edərək Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Qarşılıqlı müzakirə zamanı qərara alınıb ki, əməkdaşlığın genişləndirilməsi üçün işçi qrupu yaradılsın. “Elmi-tədqiqat müəssisəsi olaraq bizim əsas marağımız istehsalçı şirkətlərin yerli buğda sortlarına yönəlməsini təmin etmək, bərk buğda əkinçiliyi ilə məşğul olan fermerlərin gəlirlərini artıraraq idxalı əvəz edən məhsulların istehsalını gücləndirməkdir”,- deyə Faiq Xudayev bildirib.
Konfrans çərçivəsində institutun yaratdığı bərk buğda sortlarının nümayişi keçirilib, istehsalçılara bu sortların sənaye üçün əhəmiyyəti haqqında geniş məlumat verilib.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026