“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi uğurla davam edir. Layihənin məqsədi böyük potensiala və şəraitə, maddi-texniki bazaya malik təhsil müəssisəni ictimaiyyətə daha geniş miqyasda yaxından tanıtmaqdır.
Layihə çərçivəsində Masallı və Astara rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təqdimatı keçirilib. Təqdimat mərasimində ADAU-nun rəhbərliyi, professor və müəllim heyəti, rayon ictimaiyyəti və təhsil işçiləri, orta məktəb məzunları iştirak edib.
Əvvəlcə Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti ilə bağlı film nümayiş olunub. Daha sonra görüşdə orta məktəb məzunlarına ADAU haqqında ətraflı məlumat təqdim edilib, ixtisas seçimi ilə bağlı tövsiyələr verilib. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb, ölkə iqtisadiyyatında kənd təsərrüfatı sahəsinin əhəmiyyətinə toxunub. Bildirilib ki, ölkədə aqrar sahə ilə bağlı olan ixtisaslar üzrə kifayət qədər iş yeri mövcuddur.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rahil Hüseynov, Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev belə tədbirlərin rayon ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək aqrar sahədə peşəkar kadrlara ehtiyac olduğunu diqqətə çatdırıblar.
Tədbirlərdə ADAU-nun uğurları barədə məlumat verilib. Qeyd olunub ki, maddi-texniki bazası güclü olan ADAU, tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. Həmçinin, abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında da ətraflı məlumat verilib.
Görüşdə təhsil müəssisəsi və burda olan ixtisaslarla bağlı suallara aydınlıq gətirilib.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026