Mingəçevirdə əkin sahələrinin çəyirtkəkimilərin hücumuna məruz qalması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir. Artıq yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət edən şəxslərlərlə Yevlax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən görüş keçirilib. Onlarla birlikdə Kombinat və Qazandağ ərazilərində günəbaxan bitkisi əkilən 119 hektar sahəyə baxış keçirilib. Yayılan zərərvericinin yerli “Şala” növü olduğu müəyyən edilib. Aşkar edilən şalaların sürü əmələ gətirən xüsusi təhlükəli zərərli orqanizm olmadığı izah edilib. Buna baxmayaraq kimyəvi mübarizə tədbirlərinin görülməsi ilə bağlı müvafiq qərar qəbul edilib.
Eyni zamanda, Aqrar Xidmətlər Agentliyi tərəfindən müvafiq dərman vasitələri ilə təmin edilən mobil mühafizə dəstələri əraziyə ezam olunub. İyunun 8-dən etibarən həmin ərazilərdə fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirlərinə başlanılıb. Hazırda həmin ərazilərdə müvafiq tədbirlər həyata keçirilməkdə davam edir.
Qeyd edək ki, uzun illərdir Mingəçevir və Yevlax ətrafı ərazilərdə çəirtkəkimilərin miqrasiyası və hərəkəti qeydə alınmayıb.
Cari ilin aprel ayının ikinci ongünlüyündən etibarən bu günə qədər respublika üzrə ümumilikdə 34890 hektar sahədə çəyirtkəkimilərə (əsasən Mərakeş çəyirtkəsinə) qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri İmişli (14400 ha), Saatlı (4630 ha), Sabirabad (1360 ha), Biləsuvar (5072ha), Samux (1285 ha), Tovuz (4590 ha), Beyləqan (975 ha), Göygöl (833 ha), Hacıqabul (460 ha), Şəmkir (410 ha), Laçın (350 ha), Zərdab (263 ha), Kürdəmir (200 ha), Ağsu (50 ha) və Yevlax (12 ha) rayonlarını əhatə edib. Kimyəvi mübarizə zamanı Arrivo 25 EC və Chrysamed Dedex kimyəvi preparatlarından istifadə olunub.
Hazırda ölkə ərazisində çəyirtkəkimilərə qarşı fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri davam etdirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026