ŞƏMKİRDƏ YENİ İLİN EPİZOOTİK TƏDBİRLƏRİNƏ HAZIRLIQ GÖRÜLÜR

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində lazımı tədbirlər davam etdirilir. Bu məqsədlə Dövlət Baytarlıq Xidmətinin yerlərdə epizootik tədbirlər planına uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya və digər tədbirlər aparılır.

Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində epizootik sabitliyin qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətlərində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara və quş saxlanan binalarda profilaktiki dezinfeksiya aparılır. Şəmkir rayon Morul kəndində Süleymanov Elşənə məxsus cins heyvandarlıq fermasında 2500 kvadratmetr, Yeni Həyat kəndində Nəbiyev Kərəmə məxsus heyvandarlıq təsərrüfatda 500 kvadratmetr, Bayramlı kəndində Məmmədov İlhama məxsus heyvandarlıq təsərrüfatda 1000 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri icra edilib.

Qeyd edək ki, başa vurmaqda olduğumuz il ərzində ümumilikdə Şəmkir rayonunda 40360 kvadratmetr sahədə profilaktiki dezinfeksiya işləri görülüb. Aparılan dezinfeksiya zamanı ektasan, alnterdehid dezinfeksiyaedici dərman maddələrindən istifadə edilib.

Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri Taarif Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş taarifə uyğun icra olunub.

Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən başa vurmaqda olduğumuz 2018-ci il ərzində 13 min baş iribuynuzlu heyvandan və 5282 baş qoçdan bruselyoza görə, eləcə də epididemit xəstəliyinə qarşı 3894 baş qoçlardan qan alınaraq müayinə edilib. Həmçinin 5300 baş iribuynuzlu heyvan vərəmə görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.

İl ərzində 60980 baş iribuynuzlu, 283743 baş xırdabuynuzlu, 2954 baş təkdırnaqlı heyvanda qarayara, 111363 baş iribuynuzlu heyvanda, 166804 baş xırdabuynuzlu heyvanda dabaq, 13500 baş sahibli itdə quduzluq, 224950 baş qoyunlarda çiçək, 9699 baş iribuynuzlu, 51973 baş xırdabuynuzlu heyvanlarda brusellyoz, 55775 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 541100 baş ev quşda “H” vaksini ilə peyvəndləmə tədbirləri aparılıb.

Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər icra edilib. Cari ilin müvafiq dövrü ərzində quşlar arasında askaridioza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı və iribuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri aparılıb.

Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.  Bununla da rayon ərazisində cari ilin epizootik tədbirləri yekunlaşdırılıb.

Hazırda Şəmkir Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib.

Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir”’ rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hər il olduğu kimi, növbəti ildə də dövlət vəsaiti hesabına alınan, rayon baytarlıq idarələrinə vaxtında çatdırılaraq soyuducu kameralara yığılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq ediləcək.

Baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmiri edilməsi və yerinə yetirilməsi barədə müvafiq tapşırıqlar verilib. Baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinin bölgüsünə, onların yerlərdə tətbiqinə rayon baytarlıq idarələri tərəfindən ciddi diqqət yetirilməsi, baytarlıq preparatlarının istifadəsi zamanı epizootik və ambulatoriya kitablarında qeydiyyatın aparılmasına dair göstərişlər verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, epizootik tədbirlərin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublikamızın hər bir bölgəsində olduğu kimi, Şəmkir rayonu ərazisində də epizootik sabitlik təmin edilib.



  • A
  • A
  • A