“AMAL layihəsi kənd təsərrüfatı sahəsində gəncləri dəstəkləyən, Azərbaycanın bölgələrində həyata keçirilən ilk təşəbbüsdür. Bu layihə çərçivəsində Gənc Fermerlər Hərəkatının əsası qoyulmuş olur. Layihənin məqsədi kəndlərdə yaşayan gənclər arasında sahibkarlıq mədəniyyətinin təşviqi ilə məşğulluq imkanlarının artırılmasıdır. Nəticə etibarı ilə biz aqrar sahəyə marağı artıracağıq, innovasiyaları tətbiq edəcəyik və kəndlərdə yaşayan gənclərin fərdi biznes və sahibkarlıq imkanlarını genişləndirəcəyik”. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev Agentliyin həyata keçirdiyi layihənin əsas hədəflərini belə izah edib.
O bildirib ki, AMAL layihəsinin üstünlüyü ondan ibarətdir ki, iştirakçılar kompleks dəstək mexanizmi ilə təmin ediləcəklər: “Belə ki, AMALçı olaraq bölgələrdəki gənclərə təşkilatlanma və mobilizasiya işində dəstək veriləcək, bizneslərinin inkişafı və istehsal prosesinin düzgün təşkil edilməsi istiqamətində peşəkar təlimlər keçiriləcək, innovativ layihələr təşviq ediləcək və icra olunması üçün istehsal vasitələri, kredit və qrantlar təklif olunacaq, davamlı olaraq pulsuz informasiya-məsləhət xidməti göstəriləcək, hazır məhsulların bazara çıxarılmasına dəstək veriləcək. Bu da son nəticədə həm aqrotexniki tədbirlərin müvafiq tələblərə uyğun olaraq qurulmasına və ayrılmış kredit vəsaitlərinin təyinatı üzrə istifadəsinə imkan yaradacaq. Eyni zamanda gələcək “AMAL”çıların Aqrar Könüllülər Hərəkatı təşəbbüsünə cəlb edilərək digər gənc təsərrüfatçıların fəaliyyətinə dəstək verməsi nəzərdə tutulur”.
Mirzə Əliyevin sözlərinə görə, layihə regionlarda qeydiyyatda olan, kənd təsərrüfatı sahəsində müəyyən məşğuliyyəti və ya bu sahədə təcrübəsi olan 35 yaşa qədər innovativ ideyalı gəncləri əhatə edir. Layihənin icrası nəticəsində regionlarda yaşayan gənclərin məşğulluq imkanlarının artırılması və sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, yeni nəsil fermerlərin formalaşmasına, yaşıl texnologiyanın geniş tətbiq edilməsinə, aqrar ixtisaslara marağın artmasına, kiçik təsərrüfata sahib olan gənclərin birləşərək kooperativləşməsinə və beləliklə, təsərrüfatlarının və maliyyə imkanlarının genişlənməsinə şərait yaranacaq”.
AKİA sədri hazırda layihəyə qoşulmaq üçün müraciətlərin davam etdiyini deyib: “Bu günə qədər 1000-ə yaxın gənc bu layihədə iştirak etmək arzusunu bildirib. İlkin seçimləri uğurla keçmiş 300 gənc təlimlərə qoşulmaq imkanı qazanacaq. Biznes ideyaları cəlbedici olan gənclərin layihələrinin maliyyələşdirilməsinə də dəstək veriləcək”.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026