Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Çin Xalq Respublikasının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənir. Bu əlaqələr çərçivəsində qeyd olunan ölkənin Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyasının İpəkçilik İnstitutunun diektor müavini xanım Vang Xiangyunun rəhbərlik etdiyi nümayəndə heyəti ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirə olunması məqsədilə universitetə səfər ediblər.
Qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin tarixi, müasir vəziyyəti, aqrar təhsilə dövlət qayğısı, beynəlxalq əməkdaşlıq, o cümlədən Çin Xalq Respublikasının ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələr, müəllim və tələbə mübadiləsi, ipəkçilik sahəsində mütəxəssis hazırlığı və elmi araşdırmaların aparılması barədə danışıb. Rektor həmçinin Çin Xalq Respublikasının Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində son illərdə universitetin 40-a yaxın əməkdaşın qeyd olunan ölkədə keçirilən təlimlərdə iştirak etməsi, ADAU-nun mühəndislik fakültəsində kompyuterlərlə təchiz olunmuş xüsusi auditoriyanın yaradılması, ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vey Cinhuanın universitetə səfərini qonaqların nəzərinə çatdırıb.
Xanım Vang Xiangyu qəbula görə nümayəndə heyəti adından rektora dərin təşəkkürünü bildirərək ADAU ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi, ipəkçilik sahəsində birgə elmi-tədqiqat işlərinin və kadr hazırlığının aparılmasının prioritet istiqamətlərindən danışıb.
Görüşdən sonra qonaqlar universitetin maddi-texniki bazası, auditoriyaları, tələbə evləri, mərkəzləri, laboratoriyaları, o cümlədən ipəkçilik laboratoriyası ilə yaxından tanış olublar.
Qeyd edək ki, 1903-cü ildə əsası qoyulmuş, 16 idarəetmə bölməsini, 22 elmi-tədqiqat institutunu, 18 akademik bölməni və 1 post doktorantura stansiyasını özündə birləşdirən Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyası ilə ADAU arasında 2017-ci ildə əməkdaşlıq memorandumu imzalanıb. Akademiyanın İpəkçilik İnstitutu 1959-cu ildə yaradılıb. İnstitut Şandon əyalətində ipəkçiliyin innovasiyalı inkişafı ilə məşğul olan yeganə müəssisədir.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edəcək
18 Aprel 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Qusarda vətəndaşları qəbul edəcək
17 Aprel 2024
Qazaxda Aqrar Biznes Festivalı keçirilib
17 Aprel 2024
Yevlaxda iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyalar nümayiş olunacaq
17 Aprel 2024