Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov fevralın 28-də, saat 11:00-da Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ucar və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Həmin gün, saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində Goranboy və Yevlax rayonlarından, nazir müavini Elçin Zeynalov İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində İmişli və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-339-10-69), Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-551-98-43), İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-758-80-00) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026