Azərbaycan Respublikasının kənd təsərrüfati naziri İnam Kərimov iyunun 9-da Naxçıvana səfər edib
Nazir səfər çərçivəsində muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən tədbirlərlə tanış olub, fermer təsərrüfatları ilə maraqlanıb.
İnam Kərimov əvvəlcə “Naxçıvan Aqrolizinq” ASC-yə gəlib. Məlumat verilib ki, cəmiyyət 2005-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında da bazaları yaradılaraq, lazımi texnika və texnoloji avadanlıqlarla təchiz edilib. Bildirilib ki, cəmiyyət fəaliyyətə başladığı dövrdən indiyə kimi müxtəlif adda 2248 müasir texnika və texnoloji avadanlıq alınıb. Gətirilən texnika və texnoloji avadanlıqların 1752-si lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılıb. Cəmiyyətin ehtiyat hissələri anbarı, təmir sexləri, gübrə anbarları barədə də ətraflı məlumat verilib. O da qeyd olunub ki, cəmiyyətin mərkəzi və rayon bazalarında birkiçilik və baytarlıq aptekləri də yaradılıb.
Nazir Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Kəhrəba” fermer təsərrüfatında da olub. Məlumat verilib ki, təsərrüfatın əkin sahəsində tütün, kartof, sarımsaq, taxıl, eyni zamanda, digər tərəvəz və bostan bitkiləri də əkilib. Əkin zamanı yerli və məhsuldar sortlardan istfiadəyə önəm verilib. Yerli şəraitə uyğunlaşdırılmış bitki sortlarının muxtar respublikanın rayon və kəndlərində əkini üçün də yaxşı imkanların olduğu bildirilib.
İnam Kərimov Naxçıvan “Bərəkət Toxumçuluq Təsərrüfatı”na da baş çəkib, fəaliyyəti ilə maraqlanıb. Təsərrüfatın bazasındakı texnikaların iş prinsipi haqqında ətraflı məlumat verilib və bildirilib ki, “Bərəkət Toxumçuluq Təsərrüfatı” MMC bu gün məhsul istehsalçılarını keyfiyyətli və məhsudlarlığı yüksək olan toxumlarla təmin edir. Bunun üçün müasir texnika və texnoloji avadanlıqlar alınıb. Eyni zamanda, cəmiyyətin Kəngərli rayonunda geniş əkin sahələri də mövcuddur.
Muxtar respublikaya səfəri zamanı nazir İnam Kərimov Babək rayonunda fəaliyyət göstərən “Bərəkət Damazlıq Təsərrüfatı”nda da olub. Bildirilib ki, geniş sahəsi olan təsərrüfat qapalı yem anbarı, avtomatik sağım, açıq havada yemləmə və qaramalın saxlanıldığı sahələrdən ibarətdir. Damazlıq təsərrüfatında hər biri gündəlik 20 litrə yaxın südvermə qabiliyyətinə malik holşteyn-friz, simmental və şves cinslərindən olan inəklər saxlanılır. Təsərrüfatın illik süd istehsalı 900 tondur. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin və keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Bildirilib ki, təsərrüfat muxtar respublikada qaramalın cins tərkibinin yaxşılaşdırılmasına mühüm rola malikdir. Burada süni mayalama yolu ilə əldə olunan buzovlar muxtar respublikada fəaliyyət göstərən fermer təsərrüfatlarına satılır ki, bu da xaricdən cins mal-qaranın gətirilməsinə olan ehtiyacın aradan qalxmasına şərait yaradır.
“Bitkiçilik və heyvandarlıqda təbii resurslardan dayanıqlı istifadə” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
24 Oktyabr 2024
“Aqroservis” ASC-nin yaranmasının 20 illik yubileyi qeyd edilib
24 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti ilə görüş keçirilib
23 Oktyabr 2024
Cenevrədə Kənd Təsərrüfatı Nazirliyi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
22 Oktyabr 2024
Aqrar Sığorta Fondu Türkiyədə TARSİM-lə təcrübə mübadiləsi aparır
22 Oktyabr 2024