Bu il təkrar qarğıdalı əkinlərinə görə fermerlərə toxum almaq üçün hər hektara 60 manat birdəfəlik vəsait ödənəcək
Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət hər hektara 60 manat birdəfəlik vəsait ödənəcək. Ölkəmizdə taxıl biçinindən sonra təkrar əkinlər aran və dağətəyi bölgələrdə yerləşən 100 min hektara yaxın ərazidə aparıla bilər. Ölkə üzrə təkrar əkin sahələrinin hər hektarından 350-400 sentner yaşıl kütlə, yaxud da 40-50 sentner dən məhsulu əldə etmək mümkündür.
Payızlıq taxıl biçini başa çatdıqdan sonra sahələr yeni əkinə qədər 90-120 gün boş qalır. Bu müddətdə vegetasiya müddəti qısa olan bitkilərdən istifadə etməklə əlavə ikinci məhsul almaq mümkündür. Bu məqsədlə sahələrə 80-90 günlük vegetasiya müddəti olan hibrid qarğıdalı toxumları səpilə bilər.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, aqrar sahə ilə yeni məşğul olan şəxslərin, həmçinin təsərrüfatlarını genişləndirmək istəyənlərin heyvandarlığa böyük maraq göstərdikləri müşahidə edilir: “Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilən nağd pul kreditlərində heyvandarlığa ayrılmış vəsait digər sahələrdən daha çoxdur. Bu, bizdən heyvandarlığın yem bazasının gücləndirilməsi üçün də addımlar atılmasını tələb edir. Digər tərəfdən, təkrar əkinlər fermerlər üçün il ərzində əlavə gəlir, torpağın strukturunun yaxşılaşması deməkdir. Nazirlər Kabinetinin 22 may 2020-ci il Sərəncamı ilə Dövlət büdcəsinin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsullarının istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış 5 milyon manat qısamüddətli vegetasiya dövrünə malik hibrid qarğıdalı toxumları alınması üçün fermerlərə birdəfəlik vəsait kimi ödəniləcək”.
Qeyd edək ki, təkrar əkin dövründə əkilən aralıq bitkilərinin məhsulu yığıldıqdan sonra torpaqda xeyli miqdarda bitki qalıqları və kök kütləsi qalır, becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və onların əmələ gətirdiyi ümumi məhsulun miqdarından asılı olaraq aralıq bitkiləri torpaqda 40-60 s/ha bitki qalığı və kök kütləsi saxlayır. Həmin üzvi qalıqlar torpaqda humusun miqdarını artırır, onun sturuktur vəziyyətini yaxşılaşdırır. Təkrar əkinlər həm aqroekoloji baxımdan, həmdə iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edir ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026