Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən müəyyən olunmuş təlim proqramına uyğun olaraq ötən həftə ərzində fermerlərin maarifləndirilməsi ilə bağlı tədbirlər davam etdirilib.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən Goranboy rayonundakı fermer təsərrüfatında keçirilmiş təlimdə 25 nəfər, Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) təşkil olunmuş təlimdə 17 nəfər, Ucar DAİM-dəki təlimdə 23 nəfər, Qobustan rayonunda tarla şəraitində baş tutmuş təlimdə 21 nəfər, Şamaxı DAİM-dəki təlimdə isə 15 fermer iştirak edib.
Həftə ərzində Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən torpaq mülkiyyətçilərini əhatə edən təlimdə 13 nəfər, Aqrar Xidmətlər Agentliyi tərəfindən isə Salyanda təsərrüfat şəraitində keçirilmiş təlimdə 12 nəfərin iştiraki təmin olunub. Ümumilikdə, həftə ərzində keçirilmiş 7 təlimdə 126 fermer iştirak edib.
Fermerlərə quşçuluqda yumurtalıq istiqamətli cücələrin bəslənmə texnologiyası, quşçuluq binalarında mikroiqlimin tənzimlənməsi qaydaları, taxıl əkinlərində zərərvericilərə və siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri, təhlükəsizlik qaydalarına əməl olunması, sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması, torpağın arata hazırlanması, alaq otlarına qarşı mübarizə tədbirləri, iribuynuzlu heyvandarlıqda dabaq və qarayara xəstəliklərinin profilaktikası haqqında məlumatlar verilib.
Təlimlər davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdərədə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
06 Noyabr 2026
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
06 Noyabr 2026
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası Yevlax rayonunda keçirilib
06 Noyabr 2026
Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib
05 Noyabr 2026
Bərdə rayonunda toxum sərgi satış yarmarkası və panel müzakirə keçirilib
05 Noyabr 2026