Noyabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 201 min 212 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz və ya 34 min 490 ton çox pambıq tədarük olunub.
Ümumilikdə, 2018-ci ildə Azərbaycanın 22 bölgəsində 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır.
Pambıq tədarükündə irəlidə olan rayonlara Saatlı (15 min 815 hektardan 26 min 663 ton), Bərdə (9 min 630 hektardan 21 min 517 ton), Ağcabədi (10 min hektardan 20 min 906 ton), Biləsuvar (12 min hektardan 18 min 988 ton) və Beyləqan (9 min 560 hektardan 18 min 793 ton) daxildir. Məhsul yığımı davam edir.
Qeyd edək ki, dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, pambığın kiloqramının 65 qəpiyə qaldırılması, hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə texnika və yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026