Dekabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 294 min 546 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz çoxdur. Keçən il dekabrın 18-dək 228 min ton pambıq tədarük olunmuşdu.
Bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Məhsulun 90 faizi kombaynlar vasitəsilə yığılıb.
Qeyd edək ki, bu il Azərbaycanda 100 min 111 hektar ərazidə pambıq əkilib. Saatlı (13 min 741 hektar), Ağcabədi (10 min 452 hektar), Biləsuvar (10 min 257 hektar), Bərdə (10 min 140 hektar), Beyləqan (9 min 706 hektar), Sabirabad (8 min 630 hektar) və İmişli (7 min 492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardır.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026