İmişli və Agcabədi rayonlarında pambıqçı fermerlər üçün Aqrar Xidmətlər Agentliyinin Respulika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən “Pambıq bitkisinin xəstəlik və zərərvericiləri” mövzusunda təlim keçirilib.
Təlimdə bölgənin 25-dən artıq pambıqçı fermeri iştirak edib. İştirakçılara aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, pambiq sovkasının biomorfoloji əlamətləri, zərəri, bu zərərvericiyə qarşı aparılan aqrotexniki, mexaniki, bioloji, kimyəvi, mübarizə tədbirləri, həmçinin tətbiq olunan kimyəvi preparatlar və işçi məhlulların hazırlanması barədə ətraflı məlumatlar verilib. Təlim iştirakçıları İmişıi rayonun Qızılkənd kəndində pambıq tarlalarına səfər edərək həyata keçirilən aqrotexniki tədbirlərlə və zərərveriçilərə qarşı aparılan mübarizə tədbirləri ilə əyani tanış olublar.
Tədbirin sonunda müzakirələr aparılıb, fermer və təsərrüfat rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Qeyd edək ki, pambıq sovkası torpağın 4-10 sm dərinliyində pup fazasında qışlayır. Azərbaycan şəraitində aprelin sonlarında, may ayının əvvəllərində puplardan kəpənəklər uçmağa başlayır. Bu dövrdən sonra bütün vegetasiya ərzində oktyabrın axırlarına qədər uçan kəpənəklərə təsadüf edilir. Pambıq sovkasının bir dişi kəpənəyi öz inkişafı dövründə 500-3000 civarında yumurta qoya bilir. Kəpənəyin yumurta qoyması 15-18 gün çəkir. Polifaq zərərverici olub, Azərbaycanda 100 növdən çox yabanı və mədəni bitki ilə qidalanır.
Pambıqda 3 nəsil verir. Pambıq sovkası, əsasən qenerativ orqanlara - qönçə, çiçək, qoza başlanğıcı və qozalara zərər vuraraq, məhsulun əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Əksər hallarda qönçələrin daxili yeyilir ki, zədələnmiş belə qöncələr tökülür. Zədələnmiş çiçəklərin əksər hissəsi qoza vermir. Zədələnmiş qozaların bir hissəsi tökülür, bəziləri böyümədən qalır, bəzilərində isə qozanin yalnız zədələnməmiş qanadları açılır. Zədələnmiş qozalarda lifin keyfiyyəti pisləşir.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026