Bu gün Azərbaycan davamlı inkişaf edən təhlükəsiz ölkələr sırasında yer alıb. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına xüsusi diqqəti sayəsində respublikamızda aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Məhsuldarlığın artırılması, təsərrüfatçıların rifahının yaxşılaşdırılması, ətraf mühitin qorunması və sosial hüquqların təminatı aparılan aqrar islahatların əsas istiqamətlərindəndir.
Bu fikirləri Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Parisdə “Kənd yerlərində gənclər üçün perspektivlər haqqında nazirlər seminarı”ndakı çıxışında söyləyib.
Nazir bildirib ki, qloballaşan dünyada hər hansı bir sahəni innovasiyalarsız təsəvvür etmək mümkün deyil. Kənd təsərrüfatı sektorunda nailiyyətlərin əldə olunması məqsədilə innovativ texnologiyalardan geniş istifadə etmək əsas məqsədimizdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ən vacib çağırışlardandır. İqlim dəyişikliyi, qlobal istiləşmə və quraqlıq ildən-ilə aqrar məhsulların istehsalını çətinləşdirir. Ətraf mühitin müdafiəsi, torpaq və su mənbələrinin səmərəli istifadəsi aqrar sektorda aktual məsələlərdəndir. Bu istiqamətlərdə tərəfdaş ölkələrlə əməkdaşlığın qurulması çox vacibdir.
Kənd təsərrüfatının inkişafında gənclərin rolunu xüsusi qeyd edən nazir, aqrar sahədə gənc kadrların yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb. “Kənd təsərrüfatında innovasiyaların tətbiqi gəncləri səfərbər etməyə imkan verən vacib vasitələrdən biridir. Gənclərin innovasiyalara meyilli olması onları bu sektorla maraqlanmağa sövq edəcək. Bu baxımdan innovativ texnologiyaların, eləcə də ən yaxşı təcrübələrin bölüşdürülməsi məqsədilə sıx tərəfdaşlıq qurmalıyıq”, - deyə nazir İ.Kərimov vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycanda gənclərin təşəbbüsü ilə aqrar sektorun inkişafı istiqamətində könüllülük hərəkatı başlayıb. Bu hərəkatın əsas məqsədi ictimaiyyətin diqqətini aqrar sektora cəlb etməkdir. Nazir bu sahədə təhsilin əhəmiyyətinə də toxunub. Həmçinin dövlət qayğısı hesabına yeni laboratoriyaların, tədqiqat mərkəzlərinin yaradılmasından, kənd yerlərində gənclərə dəstək məqsədilə beynəlxalq tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsindən danışıb.
İnam Kərimov ölkəmizdə dövlətin aqrar sektora dəstəyindən, bu sahənin vergilərdən azad edilməsindən, subsidiyalardan, güzəştli kreditlərdən və digər güzəştlərdən də söz açıb.
Qeyd edək ki, Parisdə 56-cı Beynəlxalq Kənd Təsərrüfatı Salonu çərçivəsində Fransanın kənd təsərrüfatı və ərzaq naziri Didye Giyomun iştirakı ilə kənd təsərrüfatı nazirləri və dövlət katiblərinin rəhbərliyi ilə təxminən 40 ölkənin nümayəndələri “Kənd yerlərində gənclər üçün perspektivlər haqqında nazirlər seminarı”na qatılıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026