Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi üzrə fəaliyyət göstərən yerli qurumları tərəfindən 2021-ci ilin məhsulu üçün əkilmiş payızlıq taxıl əkini sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə artıq əksər taxılçılıq rayonlarında bu zərərvericilərlə bağlı müşahidə və mübarizə tədbirlərinə start verilmiş və əsas diqqət bu zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılmasına yönəlib.
2020-ci ilin sentyabr ayı və oktyabr ayının birinci yarısında respublika ərazisində bu zərərverici ilə bağlı ümumilikdə 22089.0 hektar ərazidə müşahidələr aparılmış, 6189.0 hektar ərazidə sirayətlənmə aşkar edilmişdir. Mütəxəssislərin məsləhət və tövsiyələri əsasında 367.7 hektar ərazidə aqrotexniki və mexaniki mübarizə tədbirləri həyata keçirilmiş, 1888.5 hektar sahədə isə büdcə vəsaiti hesabına alınmış dərman preparatlarından istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirləri əsasən Tovuz, Şəmkir və Şabran rayonlarının ərazisində aparılmışdır.Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Fermerlərə siçanabənzər gəmiricilərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına, rayon bitki mühafizəsi mərkəzlərinə müraciət olunması tövsiyə olunur.
Azərbaycanda sığortalanan əkin sahələri 341 min hektarı keçib
14 Avqust 2026
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
13 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyinin Samux rayonu Alıuşağı kəndində baş vermiş hadisə ilə bağlı məlumatı
13 Avqust 2026
Şəkidə arı xəstəliklərinin idarə olunması və biotəhlükəsizlik üzrə genişmiqyaslı təlim proqramı başlayıb
12 Avqust 2026
Azərbaycanda torpaq laboratoriyaları beynəlxalq standartlara uyğunlaşdırılır
12 Avqust 2026