Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün bölgələrində taxıl sahələrinin əsas zərərvericilərindən olan siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.
AXA-dan bildirilib ki, ölkədə 1 milyon hektara yaxın taxıl sahələrində fitosanitar müşahidələr aparılıb. Müşahidələr zamanı taxıl əkinindən sonra hava şəraitinin isti və quraq keçməsi nəticəsində gəmiricilərin sayında artım qeydə alınıb.
Qeyd edək ki, ötən il respublika ərazisində aparılan mübarizə tədbirlərinin 25,6%-ni (407.1 min ha) siçanabənzər gəmiricilərlə mübarizə təşkil edib. Büdcə vəsaiti hesabına həyata keçirilmiş mübarizə tədbirləri 318 min hektar sahəni əhatə edib ki, bu da 2018-ci illə müqayisədə 1,5 dəfə və ya 105,0 min hektar çoxdur.
İl ərzində siçanabənzər gəmiricilərlə bağlı büdcə vəsaiti hesabına aparılmış kimyəvi mübarizə tədbirləri ən çox Şəki (59.8), Qobustan (20.4), Cəlilabad (19.6), İsmayıllı (17.6), Oğuz (12.3), Tovuz (12.1), Qusar (11.7), Ağsu (11.0), Zaqatala (9.7), Şamaxı (9.3), Gədəbəy (9.1), Ağstafa (8.5), Qəbələ (8.4), Ağcabədi (7.9), Göygöl (7.6) və Füzuli (7.0) rayonlarının əkin sahələrini əhatə edib. Agentlik tərəfindən cari ildə də siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı mübarizə tədbirləri davam etdirilir. İlin əvvəlindən indiyə kimi büdcə vəsaiti hesabına 40.7 min ha sahədə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılıb.
Eyni zamanda, yerli qurumların mütəxəssisləri tərəfindən mütəmadi olaraq taxıl böcəyi sürfələrinə qarşı müşahidələr aparılıb və sirayətlənmə aşkar edilmiş təsərrüfat sahiblərinə mübarizə tədbirlərinin aparılmasına dair məsləhət və tövsiyələr verilib, mübarizə işləri təşkil edilib. Belə ki, 2019-cu il ərzində dənli bitkilərdə taxıl böcəyinə qarşı 26.9 min hektar sahədə, cari ilin əvvəlindən indiyə kimi isə 1960 hektarda taxıl böcəyinə qarşı təsərrüfat subyektləri ilə birgə kimyəvi mübarizə tədbirləri aparılıb. Fevral ayının ikinci ongünlüyündən başlayaraq respublikanın əksər bölgələrində havanın temperaturunun aşağı düşməsi və qarın yağması bu zərəvericilərin aktivliyini xeyli aşağı salıb.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda mübarizə tədbirləri davam etdirilir.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026