Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Növbəti səyyar satış aprel ayının 10-da Qax rayonunun Güllü kəndində, aprel ayının 11-də Zaqatala rayonunun Makov kənd inzibati ərazi nümayəndəliklərinin binasında, aprel ayının 12-də Balakən rayonunun Qabaqçöl inzibati ərazi nümayəndəliyinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Qax rayonu üzrə +994055 361-08-91 (Məhəmməd Fətəliyev Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Zaqatala rayonu üzrə +994055 663-40-89 (Xalis Mahalov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), Balakən rayonu üzrə +994050 645-18-78 (Məhəmməd Şərifov Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) ilə əlaqə saxlaya bilərlər.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026