Cari ilin ilk günlərindən başlayaraq ölkə ərazisində olduğu kimi, Qazax rayonunda da kənd təsərrüfatı heyvanları arasında “Epizootiya əleyhinə profilaktik və diaqnostika tədbirlər planı“ na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlərə start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, hazırda rayon ərazisində tədbirlər davam etdirilir və cari ilin müvafiq dövrü ərzində Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən 22867 baş iribuynuzlu, 1022 baş təkdırnaqlı heyvanda qarayara, 3194 baş sahibli itdə quduzluq, 159768 baş körpə ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1024 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib.
Fevral ayından isə Qazax rayonunda heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri başlanılıb. Artıq 28371 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir “ rejiminə riayət olunmaqla həyata keçirilir.





Ümumiyyətlə, Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun 23 kənd və 1 şəhərində vətəndaşların mülkiyyətində saxlanılan 31200 baş iribuynuzlu, 147000 baş xırdabuynuzlu, 1000 baş təkdırnaqlı heyvan, 5000 baş sahibli it və 285000 baş ev quşuna baytarlıq xidməti göstərilir. Heyvanlara göstərilən xidmətlər Qazax Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi vasitəsi ilə həyata keçirilir.
Qazax rayonunda bundan sonra isə ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda bruselyoz, leptospiroz, nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epididimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, eləcə də iribuynuzlu heyvanda vərəmə və təkdırnaqlı heyvanlarda manqoya görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir .
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimatlar və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026