Seminarda çəyirtkəkimilərlə mübarizənin təkmilləşdirilməsi mövzusu müzakirə olunur
19 noyabr 2018-ci il tarixdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO-nun) təşkilatçılığı ilə Qırğızıstan Respublikasının paytaxtı Bışkek şəhərində “Qafqazda və Orta Asiyada milli və regional səviyyədə çəyirtkəkimilərlə mübarizənin təkmilləşdirilməsi” proqramı çərçivəsində texniki seminar öz işinə başlayıb.
Seminarda Qafqaz və Orta Asiyanın 10 dövlətinin – Azərbaycan, Gürcüstan, Ermənistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Əfqanıstan və Rusiya Federasiyasının nümayəndələri iştirak edir. Açılış mərasimində həmin olkələrin kənd təsərrüfatı nazirlərinin müavinləri və digər rəsmi nümayəndələr iıtirak ediblər.
Beynəlxalq tədbirdə Azərbaycan Respublikasını Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov və Mərkəzin baş mühəndisi Əlizamin İmanov təmsil edirlər.
Seminarda Milli koordinatorların məsələ ilə bağlı illik (2018-ci il) hesabatları dinlənilir və müzakirələr aparılır. Seminarın gündəliyində regional əməkdaşlıq, çəyirtkəkimilərlə mübarizədə milli potensialın gücləndirilməsi, coğrafi informasiya sistemlərinin tətbiqinin və milli monitorinq qrupunun fəaliyyətinin təkmilləşdirilməsi, zərərvericilərlə kimyəvi mübarizə tədbirləri zamanı insan orqanizminə və ətraf mühitə dəyə biləcək ziyanın qarşısının alınması, yeni layihənin hazırlanması, maliyyə resurslarının mobilizasiyası və digər təsərrüfat əhəmiyyətli mövzular yer alıb.
Gündəlikdə duran mövzulara dair transsərhəd zərərvericilər üzrə FAO qrupunun rəhbəri Anni Monar, çəyirtkəkimilər üzrə FAO proqramının mütəxəssisi Marion Şiris, FAO proqramının mütəxəssisi Qreta Qraviliya, FAO-nun çəyirtkələr üzrə baş eksperti Aleksandr Laçininskiy, regional informasiya sistemləri üzrə FAO eksperti Nadiya Muratova və ətraf mühitin mühafizəsi üzrə FAO eksperti Van der Valkın məruzələri nəzərdə tutulub.
Tədbirdə FAO-nun təşkilatçılığı ilə 2018-ci ilin 30 aprel - 3 may tarixlərində Azərbaycanın Gəncə şəhərində keçirilən təlim seminarının təhlili məsələləri də yer alıb.
Qeyd edək ki, seminar noyabrın 23-nə qədər davam edəcək.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026