Yazda yaylaqlara üz tutan heyvan sürüləri havaların getdikcə sərinləşməsi ilə əlaqədar qışlaqlara qayıdır. Respublika ərazisində yaylaqdan qışlağa - Arana köç təxminən bir ay davam edir. Sürülər yol gələnə kimi heyvanların qışı keçirəcəyi tövlələr, yataqlar sahibkarlar tərəfindən mexaniki təmizlənir, baytar həkimlərinin tövsiyə və iştirakı ilə həmin yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, bu tədbirlər yaylaqdan dönən heyvanların sağlamlığının, müxtəlif iti yoluxucu və invazion xəstəliklərdən qorunması məqsədi ilə aparılır və sürünün sağlamlığına xidmət edir. Odur ki, heyvan sahibləri qışlaq ərazilərində və heyvanların qışı keçirəcəkləri tövlələrdə mexaniki təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılmasına xüsusi diqqət göstərməlidirlər.
Profilaktik dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri zamanı xüsusi məhlullar “DUK” maşınları və avtomatik çiləyicilər vasitəsi ilə güclü axın şəklində əraziyə səpilir. Heyvanlara ziyan verən və xəstəlik törədicilərinin yayılmasında mühüm rol oynayan həşəratlara qarşı kompleks mübarizə tədbiri olan dezinseksiya tədbiri aparılır və obyekt təsərrüfat sahibinin istifadəsinə verilir.
Qeyd edək ki, müraciət əsasında kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılır. Profilaktik tədbirlər isə Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun yerinə yetirilir.
Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub. Aqrar Xidmətlər Agentliyi bildirir ki, hal-hazırda ölkə ərazisində epizootik durum sabitdir və lazımi təşkilatı-təsərrüfat tədbirləri davam etdirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026