Qobustan rayonunun taxılçıları ciddi hazırlıqdan sonra payızlıq taxıl əkininə başlayıblar və hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, qısa vaxtda 11 min hektar sahədə səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər hər gün sahələrə 50-dək səpin aqreqatı çıxarırlar. İndiyədək əkilən sahələrin 7000 hektarı buğda, 4000 hektarı arpadır. Səpində əsasən yerli şərait üçün daha əlverişli olan “Qobustan”, “Qızıl”, “Ləyaqətli” buğda, “Cəlilabad 19”, “Qarabağ 22” arpa sortlarından istifadə olunur. Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə daha çox taxıl əkilən Xilmilli, Ərəbqədim, Təklə kənd, Qobustan şəhər icra nümayəndəliklərində səpin daha mütəşəkkil aparılır. Hər yerdə payızlıq əkinlərin noyabrın birinci ongünlüyündə başa çatdırılması üçün ciddi səy göstərilir.
Qeyd edək ki, cari mövsümdə Qobustanda 30 min hektarda səpin aparılacağı gözlənilir.
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib
22 Aprel 2024
Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb
22 Aprel 2024
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
22 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
19 Aprel 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Göyçayda vətəndaşları qəbul edəcək
19 Aprel 2024