Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu respublikamızın ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluğun intensiv metodlarla inkişaf etdirilməsi, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Türkiyənin bir sıra elmi müəssisələri ilə sıx əməkdaşlığa başlayıb.
Nəzərdə tutulan əməkdaşlıq çərçivəsində Türkiyənin Qars Qafqaz Universitetinin iki əməkdaşı – professor Yavuz Öztürklər, professor Cihan Kaçar və Aksaray Universitetin əməkdaşı professor Tahir Karaşahin ekspert qismində 1 il müddətində Azərbaycana ardıcıl səfərlər edərək kompleks birgə tədbirlər həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində yerli fermerlər üçün təlim və seminarlar keçiriləcək, qoyunçuluqda süni mayalanmanın tətbiqi , süngərləmə üsulu ilə bala alınması, qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili və s. məsələlər ətrafında maarifləndirmə işləri aparılacaq.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu əməkdaşlıq çərçivəsində qoyun cinslərinin təmiz şəraitdə yetişdirilməsi, xarici ölkələrdən təmizqanlı cinslərin gətirilərək seleksiyaya cəlb olunması, yerli genofonddan istifadə edilərək yeni məhsuldar cinslərin əldə olunması, süni mayalandırılma, süngərəmə və digər mütərəqqi metodların iqtisadi səmərisinin öyrənilməsini, müasir tipli qoyunçuluq sənaye kompleksinin tikilməsini nəzərdə tutur.
Maarifləndirmə tədbirlərinin tərkib hissəsi olaraq Bərdə rayon Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili layihəsi çərçivəsində “Qoyunlarda süni mayalanma və süngərləmə üsulu ilə bala alınma” təlimi keçirilib. Türkiyənin Qars Qafqaz Universitetinin professorlar iştirak etdiyi təlimdə fermerlərə qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili, süni mayalanma və süngərləmə üsulu ilə bala alma və onun əhəmiyyəti barədə geniş məlumat verilib.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev respublikamızda heyvandarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qoyunçuluqda damazlıq işinin təşkili ilə bağlı layihəyə başlanılıb. Layihənin əsas məqsədi qoyunçuluğun intensiv inkişafı üçün süni mayalanmanı tətbiq və təbliğ etmək, qoyunların məhsuldarlığının yüksəldilməsinə nail olmaqdır.
Tədbirdə Türkiyənin Qars Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçar fermerləri maraqlandıran sualları cavablandırıblar.
Maarifləndirmə tədbirləri digər rayonlarda da davam etdiriləcək.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026