14 may 2018-ci il tarixdə Quba Fermer Evində Kənd Təsərrüfatı Nazirliyi, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu, Quba Regional Aqrar Elm İnformasiya Məsləhət Mərkəzi (RAEİMM) və İspaniyanın “Viveros Veron” şirkətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda meyvəçiliyin inkişaf potensialı. Yüksək gəlirli bağların təsisi üçün ispan texnologiyalarının tətbiqi” mövzusunda elmi-praktiki seminar keçirilib.
Seminarı giriş sözü ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov açıb.
Kənd Təsərrüfatı Nazirliyinin Elm və Təhsil şöbəsinin müdiri Namiq Məmmədov və Nazirliyin Bitkiçilik şöbəsinin müdir müavini Rəfail Mahmudov çıxış edərək meyvəçiliyin inkişafı ilə əlaqədar son illərdə görülmüş işlərdən danışıblar. Qeyd edilib ki, meyvəçiliyin intensiv inkişafı nəticəsində respublikaya meyvə idxalının həcmi azalıb, xarici ölkələrə meyvə məhsulunun ixracında nəzərə çarpan artım hiss olunur. Hazırda tingçiliyin yeni texnologiya ilə inkişafına başlanılıb, bu sahədə ispan texnologiyasından istifadə edilir. Yaxın gələcəkdə respublikada yerli ting istehsalında da irəliləyişə nail olunacağına əminlik ifadə olunub.
Daha sonra İspaniyanın “Viveros Veron” şirkətinin rəhbəri Çus Veron “Azərbaycanda meyvəçiliyin inkişafı üçün qarşıya qoyulan məqsəd və vəzifələr, investisiyadan yüksək gəlirlilik” mövzusunda, “Viveros Veron” şirkətinin mütəxəssisləri: - Rikardo Molina “Bağın salınması üçün ilk addımlar”, Xulion Rodrigez “Bağın inkişafı üçün suvarmanın vacibliyi”, Xose Martin Çarles “Sortların düzgün seçilməsinin əhəmiyyəti – şaftalı, nektarin, ərik, gilas və badam bitkilərinin yeni sortları” və Fransisko Alaya “Badam bitkisinin becərilməsi” mövzularında çıxış ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026