Aqrar sahədə elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili ilə əlaqədar Aqrar Elm və İnnovasiya Mərkəzində yaradılmış İşçi Qrupu tərəfindən ötən həftədən başlamış monitorinqlər davam etdirilir.
Bu həftə işçi qrupunun üzvləri Quba, Qusar və Xaçmaz rayonlarında olaraq bölgədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin fəaliyyətini monitorinq ediblər. Monitorinq zamanı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbələrində, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Qusar Elmi-Eksperimental Bazasında, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Xaçmaz Bölgə Təcrübə Stansiyasında, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Xaçmaz Dayaq Məntəqəsində həyata keçirilən tədqiqat mövzuları təhlil olunaraq dəyərləndirilib.
İşçi qrupunun üzvləri kollektivlə görüşdə bildiriblər ki, davamlı aparılacaq monitorinq zamanı elmi-tədqiqat mövzularının mərhələlərinin analizi, onların metodikaya uyğun aparılması, keyfiyyətinin qiymətləndirilməsi, elmi nəticələrin tətbiqi və səmərəliliyinə dair materialların araşdırılması təmin ediləcək.
İşçi qrupu bu günə qədər Üzümçülük və Şərabçılıq, Tərəvəzçilik, Əkinçilik, eləcə də Baytarlıq elmi-tədqiqat institutularında kollektivlə ümumi müzakirələr aparıb, monitorinqin mərhələləri haqqında onlara ətraflı məlumat verib. Eyni zamanda, əvvəldən müəyyən edilmiş qrafikə uyğun olaraq işçi qrupun üzvləri şöbə və laboratoriyalarda ilkin baxış keçirilib.
Monitorinqlər elmi-tədqiqat institutlarında həyata keçirilən mövzuların istiqaməti, icraçıları, icra müddətlərini, tarla-müşahidə jurnallarının yoxlanması, təcrübə zamanı aparılmış analizlərin təhlili, son vəziyyətinin qiymətləndirilməsi, yerinə yetirilmiş tədqiqat mövzularına dair çap olunmuş məqalələrin analizini əhatə edəcək.
“Aqrar sahədə elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili Qaydaları”na uyğun olaraq bundan sonra başa çatmış və ya davam edən tədqiqat işlərinin nəticələrinin tətbiqinə, səmərəliliyə dair materiallar ildə iki dəfə keçiriləcək monitorinqlər əsasında yoxlanılaraq qiymətləndiriləcək.
Növbəti mərhələdə respublikanın qərb bölgəsində yerləşən elmi-tədqiqat institutlarının və təcrübə stansiyalarının fəaliyyətinin monitorinqi aparılacaq.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026